"Bizə sərf edir ki, Azərbaycan yığması qrupda hamını udsun"

9 Aprel 2017 00:34 Futzal 601
"Bizə sərf edir ki, Azərbaycan yığması qrupda hamını udsun"

Bosniya və Herseqovina futzal yığmasının baş məşqçisi Boro Matan Avroa çempionatınının əsas mərhələsində Azərbaycana 4:5 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, o, ilk olaraq matç haqda qısa fikirlərini bildirib.

- Azərbaycan yığmasını təbrik edirəm. İlk yarinin sonunda konsentrasiyani itirdik və bunun acısını çəkdik.

Qrupda favori kimi Azərbaycan və Macarıstan göstərilirdi. Bugünkü oyundan sonra demək olarmı ki, Bosniya və Herseqovina yığması da bu sıraya qoşuldu?

- Azərbaycan millisi qrupun favoritidi. Bizim üçün sərf edir ki, yığmanız hamını udsun. Onda ikinci ola bilərik.

Yığmanıza neçə dəfə hesabda önə çıxmaq lazımdı ki, qalib gəlsin?

- Bizim üçün əsas final fitinə qalib çatmaqdı.

İkinci hissənin ortasında 5 oyunçulu sistemə keçdiniz. Sonra yenidən ənənəvi "4+1"ə. Niyə?

- Oyunun ritmini qaldırmaq istəyirdik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti