Azərbaycan futzal yığmasının baş məşqçisi Biro Jade Avropa çempionatının əsas seçmə mərhələsində Bosniya və Herseqovinaya 5:4 qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis ilk olaraq oyun haqda danışıb.
Oyunlarda 1-2 top buraxırdıqsa, bu gun 4 qol "yedik"...
- Təcrübəli komandayıq. 4 günə 3 oyun keçirməliyik. Belə turnirlərdə bu cür səhvlərə yer yoxdu. Xüsusilə 4:2 olanda fqol fürsətləri boşa verdik
Rövşən Huseynlinin 3 qolda gunahı oldu. Qapıçımızın oyununu necə qiymətləndirirsiniz? Cəmi 3 azərbaycanlıya şans verdiz. Bə qalanları?
- Rəqib cüssəli oyunçulardan ibarət idi. Buna ən uyğunları oynadı Rövşənə gəlincə, qapıçı qol buraxanda həmişə diqqət mərkəzi düşür. Lazımi epizodlarda Hüseynli bizə kömək etdi.
Macarıstan və Albaniya yığmaları haqda fikirləriniz necədi?
- Çox maraqlı oyun idi. Bu komandaları təhlil etmişdim. Əvvəl gördüyüm sistemdə oynayırlar. Xüsusilə Macarıstan millisi yaxşı formadadı. Albaniya da həmçinin. Onlar bura gəlməmişdən qabaq yaxşı hazırlaşıblar.
Çox çətin qələbə qazandıq. Ancaq əvvəllər evdə əksər reqibləri asan məğlub edirdik. Nə oldu indi?
- Əvvəllər favoritlər qalib gəlirdi. Dünya çempionatında bu tendensiya alt-üst oldu. Hər komanda maksimum mübarizə aparır. Hər oyunda canını qoymalısan.
Bu, yığmamımızın maksimumu idi?
- Qətiyyən! Səhvlərimiz çox oldu. Amma indi təhlilə vaxtımız yoxdu. Sabah bizi növbəti sınaq gözləyir. Bizim ən yaxşı oyunlarımız qarşıdadı. Bu gün isə əsas hədəf qələbə qazanmaq idi. Birinci oyunda qələbə çox vacibdi. Qol buraxdıq, bəli, ancaq əsas məsələnin öhdəsindən gəldik. Sabah da oyunumuz var. Mən düşünürəm ki, növbəti oyunda bugünkü kimi qollar buraxmayacağıq. Bu gün səhvlərin üzərində işləyə bilməyəcəyik. Artıq təəssüflənmək üçün vaxtımız yoxdu. Sabahkı oyun üçün hazırlaşmalıyıq.
Bir gecəyə problemləri necə həll edək?
- Əsas qələbə idi, bunu da qazandıq.
Vaxtilə yığmamızda düşünən beyin var idi - Biro Jade. Bu gun komandamızda belə oyunçu yoxdu. Braziliyada sizin səviyyədə oyunçu qalmayıb?
- Əvvəla, komplimentə görə təşəkkür edirəm. Braziliyada axtarışlarımız davam edir. Ancaq bu oyunçuların arasında da potensialını açmayanlar var. İnanıram ki, onlar hələ sözlərini deyəcəklər.
İlk hissədə müdafiədə çox ciddi səhvlər var idi. Bu, nə ilə əlaqədar idi? Fiziki yüklənmə, yoxsa...?
- Sabah yəqin ki, bu qədər səhvlər etməyəcəyik. Ancaq oyunçularımzın əksəriyyəti daxili birincilikdə yarışır. Beynəlxalq təcrübə əskikliyi var.
Rəqiblərimizin çox ciddi daxili birincilikləri var. Bizdə isə cəmi 7 komanda mübarizə aparır. Razısınızmı çempionatın səviyyəsindən?
- Ötən il daha rəqbətli çempionat var idi. Bu il isə çox zəifdi. Çempionat özü futbolçunu hazırlayır. Ümid edirik ki, Azərbaycan çempionatı da Rusiya, İspaniya səviyyəsinə gələcək.
İkinci hissədə Qallonun əvəzlənməyi nə ilə bağlı idi? Çox danışması ilə bağlı, yoxsa fikrinizdə var idi bu?
- Buna qədər o dəyişikliyi xahiş etmişdi, çünki çox yorğun idi.
Sanki sizin millidən gedişinizdən sonra bu gün Azərbaycan millisində “beyin” çatışmır. Komandada liderlik edən yoxdu. Braziliyada buna uyğun futbolçu daha yoxdu?
- Təşəkkür edirəm. Braziliyada oyunçular çoxdu. Gələcəkdə yəqin ki, cəlb edəcəyik.

