"Heç kim istəməz ki, Portuqaliya bizim qrupa düşsün" - MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ

26 Oktyabr 2019 22:30 Futzal 845
"Heç kim istəməz ki, Portuqaliya bizim qrupa düşsün" - MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ

Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva Slovakiya üzərində qələbədən (2:0) sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis komandasından razı qaldığını deyib:

"Uşaqlar istədiyim oyunu göstərdilər. Bu matç əvvəlkilərə bənzəmirdi. Birinci yarıda qol imkanlarımız oldu, istifadə edə bilmədik. Fasilədə dedim ki, qol vura biləcəyik. Rəqibin təhlükəli epizodları az oldu. Bəziləri fikirləşirdi ki, bizim komanda yaxşı çıxış etmir. Bunun yanlış olduğunu göstərdik".

Yığmamızın çalışdırıcısı elit-raunddakı şanslarımızı dəyərləndirib, eləcə də heyətdəki çatışmazlıqlardan danışıb:

"Məşqçi olaraq mən qol vurmuram. Cüssəli qapıçı olanda oyunçuya deyirəm ki, zərbəni yerlə vur. Növbəti mərhələ üçün heyətdə dəyişiklik etmək istəyirik. Amma zədəli futzalçılar da var. Ümid edirəm ki, onlar da kollektivə qoşulacaqlar. Seçmə mərhələni ikinci pillədə bitirən komandalar da asan rəqib deyillər. Heç kim istəməz ki, Portuqaliya bizim qrupa düşsün. Onlar güclü rəqibdir".

Xəbər Lenti