Futzal yığmamız qrup qalibi oldu - YENİLƏNİB

26 Oktyabr 2019 21:40 Futzal 1 299
Futzal yığmamız qrup qalibi oldu - YENİLƏNİB

Bakıda futzal üzrə DÇ-2020-nin seçmə mərhələsinin oyunları başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi qrupun son matçında liderlik ugrunda mübarizədə əsas rəqibi olan Slovakiya yığması ilə qarşılaşıb. Millimiz bu görüşdə 2:0 hesablı qələbə qazanaraq əsas seşmə mərhələni qrup lideri kimi başa vurub. Komandamızla yanaşı qrupda 2-ci olan Slovakiya yığması da elit-raunda vəsiqə qazanıb. Elit-raund mərhələsinin püşkatması noyabrın 7-də baş tutacaq.

20:00 Slovakiya – Azərbaycan 0:2

Qol: Bolinha,29.21, Vassoura, 22.28

Bakı İdman sarayı

Qrupun digər oyunu:
17:00 Monteneqro – Moldova 4:3

Xəbər Lenti