"İşimizi asanlaşdırmaq üçün qrupdan lider kimi çıxmalıyıq" - Millimizin üzvü

25 Oktyabr 2019 23:30 Futzal 657
"İşimizi asanlaşdırmaq üçün qrupdan lider kimi çıxmalıyıq" - Millimizin üzvü

"Monteneqro ilə qarşılaşmada çox zəif oynadıq. Xüsusən də ilk yarını qeyd edərdim. Bilmirəm, bu psixoloji və fiziki problemlərdən əmələ gəlir. Hər halda əsas üç xal idi ki, qalib gəldik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında futzal üzrə milli komandamızın üzvü Xətai Bağırov deyib.

DÇ-2020-nin seçmə mərhələsində Moldova (3:1) və Monteneqroya (3:2) çətinliklə qalib gələn millimiz qrupda birinci yeri tutmaq üçün sabah Slovakiya ilə görüşə də qələbə üçün çıxacaq. Bağırov slovakiyalılarla oyunda qələbə qazanmaq üçün oynayacaqlarını bildirib: "Slovakiya ilə oyun həlledici olacaq. Birinci yerlə çıxmalıyıq. Bunu oyunumuzla da göstərəcəyik və qrup lideri kimi də növbəti mərhələyə çıxacağıq. Sabahkı nəticə çox vacibdir. İşimizi asanlaşdırmaq üçün qrupdan lider kimi çıxmalıyıq. İndi asan rəqib yoxdur. Ancaq ola bilsin ki, hardasa boşluqlar var və onları da aradan qaldırıb oyuna yaxşı köklənməliyik. Birinci pilləni tutmağa biz daha yaxınıq. Ev sahibiyik, azarkeş üstünlüyü də bizə çox kömək olacaq.

Düzdür, ötən oyunlarda çətinliklər oldu, qol epizodlarımızı dəyərləndirə bilmədik. Ancaq bu o demək deyil ki, üçüncü oyunda da belə olacaq. Rəqibə hörmətlə yanaşırıq. Bu oyunun məsuliyyəti daha böyük olacaq”.

Xəbər Lenti