Millimizin baş məşqçisi: “Çoxdandır bu cür zəif, intizamsız oynamırdıq”

25 Oktyabr 2019 09:28 Futzal 901
Millimizin baş məşqçisi: “Çoxdandır bu cür zəif, intizamsız oynamırdıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqroya qarşı keçirilmiş oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib: “Bu oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsentrasiyasız çıxmışdı.

Birinci hissədə bu, aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdandır, bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik. Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim.

Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdi. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var.

Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdur”.

Xəbər Lenti