15 qolla millimizin tarixinə düşdü

24 Oktyabr 2019 13:25 Futzal 600
15 qolla millimizin tarixinə düşdü

DÇ-2020-nin seçmə mərhələsinin Moldova ilə oyununda Azərbaycan yığmasının ilk qolunu vuran Bolinya üçün bu top əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, braziliyalı millinin heyətində rəsmi turnirlərdə 15-ci qoluna imza atıb.

Söhbət dünya və Avropa çempionatlarının seçmə, pley-off və final mərhələlərindəki qollardan gedir. Millidə DÇ-2016-nın final mərhələsində debüt edən hücumçu qol hesabını da Kolumbiyadakı mundialda açmışdı.

Həmin turnirdə 7 qol vuran Bolinya AVRO-2018-də də eyni sayda uğura sevinib. 4 dəfə seçmə, 3 dəfə final mərhələsində fərqlənən oyunçu DÇ-2020-nin Bakıda keçirilən seçmə oyunlarına qədər ümumilikdə 14 qola imza atmışdı. Moldova ilə görüşdəki ilk qolla yubiley – 15-ci topunu vuran Bolinya matçın sonlarında bu rəqəmi 16-ya çatdırıdıb. Bununla da o, Azərbaycan yığmasının tarixində dünya və Avropa çempionatlarının seçmə, pley-off, final mərhələlərində ən çox qol vuran oyunçuları arasında 3-cü yerə şərik olub. Bolinya Eduardo ilə eyni sayda – 16 qol vurub. Ən çox fərqlənənlər isə Vitali Borisov (26) və Ağatahir Əzimovdur (23).

Xəbər Lenti