Millimiz çətin qələbə ilə elit-raundda! - DÇ-2020

24 Oktyabr 2019 21:37 Futzal 1 197
Millimiz çətin qələbə ilə elit-raundda! - DÇ-2020

Futzal üzrə Azərbaycan millisi DÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın başçılıq etdiyi milli ilk turda Slovakiyaya 0:5 hesabı ilə məğlub olmuş Monteneqronu sınağa çəkib. Qrupun ilk oyununda Moldovaya qalib gələn (3:1) futzalçılarımız bu görüşdə də favorit sayılırdı. Komandamız çətinliklə də olsa, rəqibini məğlub edib - 3:2. Komandamız bu nəticədən sonra Slovakiya ilə birlikdə elit-raunda vəsiqəni vaxtından əvvəl təmin edib.

Qrupun digər oyununda isə Slovakiya ilə Moldova üz-üzə gəlib. 11 qolun vurulduğu matçda slovakiyalılar inamlı qələbə qazanıblar - 7:4.

Millimiz əsas mərhələdə son oyununu oktyabrın 26-da Slovakiyaya qarşı keçirəcək.

DÇ-2020. Qrup mərhələsi. 2-ci tur

24 oktyabr

20:00. Azərbaycan - Monteneqro - 3:2

Qollar: Bolinya, 5, Ramiz Çovdarov, 22, Əmir Şocaiyi, 34 - Petrar Peroşeviç, 8, Aleksandr Obradoviç, 10

Hakimlər: İnqo Hemsot (Almaniya), Andrey Çernıy (Çexiya), Migel Kastilyo (Portuqaliya)

Bakı idman Sarayı.

Azərbaycan: Rövşən Hüseynli, Tyaqo Bolinya, Rizvan Fərzəliyev (k), Vassura, Hadı Əhmədi

Ehtiyat oyunçular: Elnur Zamanov, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Əmir Şocaiyi, İsaq Surqali

Monteneqro: Draqolyub Despotoviç (k), Eldin Çoroviç, İliya Muqoşa, Marko Spasoyeviç, Aleksandr Obradoviç

Ehtiyat oyunçular: Danilo, Vuçetiç, Milun Sekuliç, Nikola Miniç, Nikola Vidakoviç, Petrar Peroşeviç, İvan Muqoşa, Yovan Popoviç, Luka Vuletiç, Vaso Dubak

1

Slovakiya

2

2

0

0

12-4

6

2

Azərbaycan

2

2

0

0

6-3

6

3

Moldova

2

0

0

2

5-10

0

4

Monteneqro

2

0

0

2

2-8

0

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu