Joze Alesio: " Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq"

23 Oktyabr 2019 23:30 Futzal 1 083
Joze Alesio: " Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq"

"Çətin oyun olacağını bildirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdir ki, bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və digər səbəblərdən mütəmadi dəyişikliklər baş verir".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin əsas mərhələsinin Moldova ilə oyunundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib. Braziliyalı mütəxəsis futbolçulardan razı qaldığını bildirib:

"Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol epizodlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqroya qarşı bu səhvləri buraxmamalıyıq. Onlar da kifayət qədər hazırlıqlı komandadır. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq".

Çalıdırıcı əsas mərhələni lider kimi başa vurmq istədiklərini deyib: "Bu gün reytinq cədvəlində üst sıralarda qərarlşadığımıza görə, əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda mübasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsinə yollanması üçün postensialı var və bunu bacaracağımıza inanıram”.

Xəbər Lenti