Millimizin oyunları İdman TV-də

21 Oktyabr 2019 19:55 Futzal 1 467
Millimizin oyunları İdman TV-də

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi oyunları canlı yayımlayacaq telekanal müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın matçları İdman TV-nin efirində olacaq.

Komandamızın yer aldığı III qrupun oyunlarının təqvimini və başlama saatını təqdim edirik:

23 oktyabr
Slovakiya – Monteneqro
Bakı İdman Sarayı. Saat 17:00

Azərbaycan – Moldova
Bakı İdman Sarayı. Saat 20:00

24 oktyabr
Moldova – Slovakiya
Bakı İdman Sarayı. Saat 17:00

Azərbaycan – Monteneqro
Bakı İdman Sarayı. Saat 20:00

26 oktyabr
Monteneqro – Moldova
Bakı İdman Sarayı. Saat 17:00

Slovakiya – Azərbaycan
Bakı İdman Sarayı. Saat 20:00

Xəbər Lenti