Millimiz üçün 1 manatlıq

19 Oktyabr 2019 19:28 Futzal 617
Millimiz üçün 1 manatlıq

Futzal üzrə Azərbaycan millisinin Bakı İdman Sarayında keçirəcəyi dünya çempionatının əsas mərhələsinin oyunları üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bütün yerlər üçün qiyməti 1 manat olan biletləri onlayn şəkildə iticket.az saytından əldə etmək mümkündür.

Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Bütün matçlar saat 20:00-da başlayacaq. Qrupda ilk 2 yeri tutacaq komandalar elit-raunda vəsiqə qazanacaqlar.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"