Futzal millimizin baş məşqçisi "Qarabağ"a eyham vurdu

17 Oktyabr 2019 11:30 Futzal 822
Futzal millimizin baş məşqçisi "Qarabağ"a eyham vurdu

"Sabah Azərbaycanın müstəqillik günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Dünəndən hazırlığa başlamışıq. Məqsədimiz qrupu birinci yerdə başa vurmaqdır. Heyətlə bağlı kiçik problemlərimiz var. İki oyunçumuz - Qalo və Lela zədəlidir. Necə olacağını qarşıdakı oyunlarda görəcəyik".

Bu sözləri oktyabrın 23-də dünya çempionatının seçmə qrup mərhələsinə start verəcək futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Sportinfo.az saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis rəqibləri zəif və güclü təsnifatına bölməyin düzgün olmadığını bildirib: "Moldova və Monteneqro ilə qarşılaşmalar da bizim üçün vacibdir. Təbii ki, Slovakiyaya qarşı oyunumuz daha çətin keçəcək. Amma ona qədər biz hər iki oyunu yüksək səviyyədə keçirməli və yaxşı nəticə qazanmalıyıq. Düzdür, oktyabrın 24-də "Qarabağ" da Avropa Liqasında meydana çıxacaq və onların oyununa daha çox azarkeş gedəcək. Amma məncə, futzala azarkeşlik edənlər də az deyil. Onlar gəlib dəstək verəcəklər. Məhz buna görə problem olmayacağını düşünürəm.

Joze Alesio "Araz"la Çempionlar Liqasında yaşadıqları uğursuzluq barədə də danışıb: "Çempionlar Liqasında pis nəticə verdik. Amma istədiyimiz tam heyət gedə bilmədik. Xeyli oyunçumuza viza verilmədi. Bizdən asılı olmayan səbəbdən uğursuzluq yaşadıq. Altı nəfərlə mübarizə aparırdıq. Həmin nəticələr milliyə təsir etməyəcək. Uşaqlar istirahət ediblər. Başa düşürdülər ki, bu heyətlə nəticə qazanmaq çətin olacaq".

Xəbər Lenti