Hörmət olunacaq Azərbaycan klubu hansıdır?

13 Oktyabr 2019 09:28 Futzal 682
Hörmət olunacaq Azərbaycan klubu hansıdır?

Ukraynanın “Xerson” klubunun baş məşqçisi Xavi Rodriqes Nebreda futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Azərbaycan çempionu “Araz”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 8:3 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib: “Oyun bizim üçün əhəmiyyətli idi. Fərqli hesabla qazanmalı idik ki, birinci yeri tutmaq şansımız olsun.

Buna nə dərəcədə nail olub-olmayacağımızı “Benfika” – “Halle Gooik” oyunundan sonra biləcəyik. Ancaq sona qədər döyüşdük. Rəqibimiz də pis oynamadı. Xüsusilə də birinci hissədə onların müqavimətini qırmaq çox çətin oldu.

“Araz”a hörmətlə yanaşırıq. Futzalda sözünü demiş, hörmət olunacaq rəqibdi. Onlar 6 oyunçu ilə 120 dəqiqə mübarizə apardılar. Bu futzalda asan iş deyil. Hər birinin əməyinə hörmətlə yanaşırıq. İlk dəfə mərhələ adladıq, buna görə şadıq”.

Xəbər Lenti