"İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım"

12 Oktyabr 2019 22:53 Futzal 628
"İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım"

"Araz"ın baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Xerson"la keçirdikləri oyunu şərh edib. Sportinfo.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:8 hesabı ilə uduzduqları matç barədə fikirlərini bölüşüb:

"Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandırlar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindir. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü.

Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindir. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım".

Xəbər Lenti