"Araz" böyük hesabla uduzub, mübarizəni dayandırdı

12 Oktyabr 2019 21:23 Futzal 853
"Araz" böyük hesabla uduzub, mübarizəni dayandırdı

Bu gün "Araz" UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu “Xerson”la qarşılaşıb və 3:8 hesabı ilə uduzub. Bununla da komandamız ÇL-də mübarizəni dayandırıb.

"Araz" qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olmuşdu.

Çempionlar Liqası

12 oktyabr

19:30. “Xerson” (Ukrayna) – “Araz” 8:3

Qollar: David, 9, 26, Korsun, 10, Lanko, 19, Şoturma, 23, 40, Bilotserkivets, 24, 31 - Zavriç, 4 (avtoqol), İ. Atayev, 30, X. Bağırov, 40

Hakimlər: Moshe Bohbot (İsrail), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)

Belçika, Halle şəhəri. De Bres Arena

Xerson: 19. Yuri Savenko (q), 4. Dani Fernandes, 5. Vitali Skori (k), 10. Roninyo, 11. Mixaylo Volianyuk, 17. İllia Bakinskyi (k), 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixaylo Zavriç, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Mikola Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun.
Baş məşqçi: Xavi Rodriges Nebreda.

Araz: 12. Rövşən Hüseynli (q), 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 19. Vladislav Reznov (q), 10. Nihad İsmayılov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.

Xəbər Lenti