"Araz"ın oyunçusu: "Bizə fiziki cəhətdən çətin olacaq"

9 Oktyabr 2019 14:29 Futzal 575
"Araz"ın oyunçusu: "Bizə fiziki cəhətdən çətin olacaq"

"Bu günkü oyunda əlimizdən gələni edəcəyik. Düzdür, sayca çox azıq. Amma bu, o demək deyil ki, asan rəqibik. Milli komandamızın oyunçuları buradadır. İlk görüşdə yaxşı nəticə əldə etmək olar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Araz" klubunun futzalçısı Xətai Bağırov deyib. Azərbaycan çempionu bu gün UEFA Çempionlar Liqasında Belçikanın “Halle Gooik” komandası ilə qarşılaşacaq.

Bağırov 4 futzalçının Belçikaya buraxılmamasına aydınlıq gətirib: "Hələ də inana bilmirəm. Əlbəttə, gözlənilməz oldu. Heyətimizdə 8 futzalçı qalıb. Hamısı da millinin üzvləridir. Bizə fiziki cəhətdən çətin olacaq. Amma məqsədimiz qüvvədə qalır. Heyətimiz tam olsaydı, daha rahat olardı".

Bağırov qrupda digər rəqiblər "Benfika" və "Xerson"la oyunlar haqda da danışıb: "Qrupda heç bir rəqibdən zəif deyilik. Növbəti mərhələyə vəsiqə qazana bilərik. Bu öz əlimizdədir. “Benfika” hazırda ən yaxşı formada olan klubdur. Onlar da yaxşı hazırlaşıb. Bizim üçün “Benfika” ilə görüş yaxşı təcrübə olacaq. Qrupdan çıxmaq üçün şans var".

Xəbər Lenti