Zaur Axundov UEFA-ya şikayət edəcək - "Necə olacağını bilmirik"

9 Oktyabr 2019 12:47 Futzal 943
Zaur Axundov UEFA-ya şikayət edəcək -

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 oyunçusunun Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb. Sportinfo.az xəbər verir ki, Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib:

“Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını bilmirik”.

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: “Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada saysız-hesabsız yarışlarda İran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: “Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

“Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb. (Qafqazinfo)

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda