"Araz" ÇL-də mübarizəyə başlayır - 4 OYUNÇUSUNA VİZA VERİLMƏDİ

9 Oktyabr 2019 09:18 Futzal 524
"Araz" ÇL-də mübarizəyə başlayır - 4 OYUNÇUSUNA VİZA VERİLMƏDİ

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Araz” bu gün turnirdə ilk oyununa çıxacaq. Sportinfo.az xəbər verir ki, təmsilçimiz “De Bres Arena”da Belçika çempionu “Halle Gooik” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Komandamız vacib oyun ərəfəsində arzuolunmaz situasiya ilə üzləşib. Çempionumuzun heyətində yer alan iranlı legionerlər - Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Socaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya gedə bilməyib. Çıxılmaz vəziyyətə düşən "Araz" məcburiyyət üzündən ÇL-də 8 futzalçı ilə mübarizə aparacaq.

22:30. “Araz” - “Halle Gooik” (Belçika)

9 oktyabr. Halle şəhəri. De Bres Arena.

Hakimlər: Nikola Jelic (Xorvatiya), Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova).

Hakim-inspektor: Silvo Borosak (Sloveniya).

UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya).

"Araz"ın heyəti:

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov;

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye.

Baş məşqçi: Joze Alesio Da Silva.

Xəbər Lenti