Debütanta yazığı gəlmədi

5 Oktyabr 2019 10:10 Futzal 500
Debütanta yazığı gəlmədi

Futzal üzrə Yüksək Liqada IV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda iddialı EKOL son pillədə qərarlaşan “Yasamal” İSK ilə qarşılaşıb. “Yaşıllar” matçın taleyini birinci hissədə həll edib və fasiləyə 4 top fərqi ilə yollanıb. İkinci hissədə isə komandalar hərəyə 4 qol vurub. Yekunda 3 xal qazanan EKOL xal ehtiyatını 9-a çatdırıb.

“Neftçi” isə qələbələri sıralayır. Hacıbala Abdullazadənin yetirmələri bu dəfə debütant “Record club”u üstələyib. Düzdü, əsasını legionerlər təşkil edən debütant müqavimət göstəməyə çalışıb, amma məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Debütantların duelində “Bakı” əksər hallarda hesabda önə keçən tərəf olsa da, Quba futzalçıları istədiyi nəticəni qazana bilib. Firudin Ağalarov dubl etməklə aktivindəki qolların sayını 10-a çatdırıb.

Gələn həftə Çempionlar Liqasında iştirak edəcək “Araz” üçün “Xızı Futzal”la oyun ciddi məşq təsiri bağışlayıb. 4-cü turun “Marafon” – “Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

“Yasamal” İSK – EKOL 5:9

Qollar: Kamran Nəcəfzadə, 16:26; Vüsal Səfərov, 20:32; Elgün Abbaslı, 32:42, 34:30, 36:35 - Talebmohammad Arabpour, 02:23; Namiq Məmmədkərimov, 02:51, 38:19; Fərid Ələkbərov, 04:03, 10:22; Mehdi Pənahande, 07:46, 21:34; Fərid Atakişiyev, 25:37; Faiq Əliyev, 27:27.

Hakimlər: Ramil Namazov, Azad Hüseynov, Hacıəli Ağayev.

“Record club” – “Neftçi” İK 4:6

Qollar: Sina Jamali, 07:25, 23:48, 32:24, 38:43 - Oqtay Rüstəmli, 06:08; Amir Ashtiyani, 10:38 (ö/q); Rüfət Balakişiyev, 12:34; Əjdər Əjdərov, 15:52; Emil Həsənzadə, 23:10; Tofiq Hüseynov, 26:04.

Hakimlər: Azər Əsgərov, Ramiz Məhərrəmov, Nahid Xasıyev

“Bakı” TFK – “Premier” (Quba) 2:3

Qollar: Tural Lətifov, 12:48; Taleh Ağayev, 21:18 - Firudin Ağalarov, 19:09, 28:13; Sabir Əlişan, 37:23

Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Vüsal Balaşov

“Araz” – “Xızı Futzal” 14:1

Qollar: Vahid Şafiei, 00:41; 18:58. Ramiz Çovdarov, 03:38; 12:46; 29:24. Xətai Bağırov, 08:34; 13:27; 15:29; 16:54; 23:46. Hadi Rezvan, 21:38; 39:14; Borges Souza Murilo, 24:43. Qurban Qurbanov, 28:04 - Mortuza Cahandost, 37:18.

Hakimlər: Əli Cəbrayılov, Rahin Heybətov, Fuad Həsənov.

1

Araz

4

4

0

0

39-7

12

2

Neftçi İK

4

4

0

0

22-11

12

3

EKOL

4

3

0

1

23-14

9

4

Baku Fire

3

2

0

1

7-7

6

5

Premier (Quba)

4

2

0

2

14-15

6

6

Bakı TFK

4

2

0

2

11-14

6

7

Marafon FK

3

1

0

2

12-9

3

8

Xızı Futzal

4

1

0

3

6-19

3

9

Record club

4

0

0

4

8-24

0

10

Yasamal İSK

4

0

0

4

13-35

0

Bombardirlər: Xətai Bağırov (“Araz”) - 11, Firudin Ağalarov (“Premier” Quba) - 10, Ramiz Çovdarov (“Araz”) – 9 qol

Xəbər Lenti