"Kağız üzərində Azərbaycan favoritdir" Vitali Borisov

2 Oktyabr 2019 20:35 Futzal 541
"Kağız üzərində Azərbaycan favoritdir" Vitali Borisov

"Yığmamızın Həştərxandakı turnirdə çıxışını ortabab qiymətləndirirəm. Nələrsə alındı, nələrsə yox. Güclü rəqiblər var idi, yaxşı oyunlar oldu. Bu turnir seçmə mərhələ öncəsi yaxşı hazırlıq idi".

Bunları Sportinfo.az-a açıqlamasında futzal üzrə milli komandamızın üzvü Vitali Borisov deyib.

Yığmamız Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Moldova, Monteneqro və Slovakiya millilərinə qarşı keçirəcək. Borisov milli komandamızın qrupdakı şansları dəyərləndirib: "Komandamızın 100 faiz hazır olub-olmaması haqda baş məşqçidən soruşsanız daha yaxşıdır.

Bizi maraqlı oyunlar gözləyir. Kağız üzərində Azərbaycan favoritdir. Fikrimcə, qrupda birinci yeri tutub, növbəti mərhələyə adlamağa gücümüz çatar. Məncə, qrupdakı əsas rəqibimiz Slovakiya yığmasıdır. Uğurlu çıxış etmək üçün əlimizdən gələni edəcəyik".

Xəbər Lenti