Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA rəhbərliyi ilə görüşüb.
Sportinfo.az-ın məlumatına görə, toplantıda millinin durumu, yeni çempionatın səviyyəsi, ümumiyyətlə, bu sahədəki problemlər geniş müzakirə olunub.
Axundov işlərinin çoxluğu ilə əlaqədar federasiyaya lazımı qədər diqqət ayıra bilmədiyini, bu səbəbdən prezident postundan getmək istədiyini dilə gətirib.
O, fikrini Müşahidə Şurasının sədri olduğu "Keşlə"yə yönəltmək niyyətindədir. Təklif AFFA rəsmiləri tərəfindən normal qarşılanıb, bununla belə, düşünüb qəti qərara gəlmək üçün Zaur Axundova vaxt verilib.

