Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş futzal üzrə “Caspian Cup 2019” turniri başa çatıb.
Sportinfo.az xəbər verir ki, son görüşdə İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub.
İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Azərbaycan futzalçıları turniri sonuncu pillədə başa vurublar.
Rusiya - İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib. Millimizin üzvü Eduardo Borgeş ən yaxşı müdafiəçi seçilib.

