Rusiyanın Həştərxan şəhərində təşkil olunan Caspian Cup-2019 turnirində futzal üzrə Azərbaycan millisi ikinci oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız bu dəfə İran yığması ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qolunu Amadeu vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.
Futzalçılarımız turnirdə son oyununu sentyabrın 25-də, saat 15:00-da Qazaxıstan yığmasına qarşı keçirəcək.
Caspian Cup-2019
23 sentyabr
İran – Azərbaycan 2:2
Qollar: M.Cavid, 21:17. A.Orudji, 34:09 - M.Sanqsefidi, 03:17-öz qapısına. Amadeu, 17:31.
Hakimlər: Vladimir Kadıkov, Yuri Neverov, Sergey Mixeev.
Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 16:00.
İran: 1. Sepehr Məhəmməd (q), 5. Həmid Əhmədizadeh, 6. Məhəmmərza Sanqsefidi, 9. Sayid Əhməd Abbas, 11. Qodrad Bahadori, 2. Alireza Samimi (q), 7. Ali Hassanzade (k), 10. Hosseyin Tayibi, 3.Amhad Esmailpour, 4. Behzad Əzimi, 8. Abolqasim Orudji, 12. Mohammad Şadjari, 13. Farhad Tovakoli, 14. Mehdi Cavid.
Baş məşqçi: Mohammad Nazemalşarieh.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Teleş Tyaqo, 13. Kardoso Everton, 2. Eduardo Borges, 10. Oliveira Do Nascimento Villiams “Vassora”, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto.
Baş məşqçi: Joze Alesio da Silva.

