Yığmamız yenə bacarmadı

28 Avqust 2019 23:00 Futzal 620
Yığmamız yenə bacarmadı

Futzal üzrə Azərbaycan millisi Minskdə təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, yığmamız bu gün növbəti yoxlama görüşünü keçirib.

Qarşılaşma Minsk şəhərindəki MAPİD İdman Kompleksində baş tutub. Altı qolun qeydə alındığı qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə başa çatıb.

Komandamızın heyətində İsa Atayev və Teles Thaqo fərqlənib. Tərəflər arasında iki gün əvvəl keçirilən ilk oyunda ev sahibləri 5:3 hesablı qələbə qazanıb.

Belarus - Azərbaycan 4:2

Hakimlər: İqor Qriqorev, Valeri Şeptunov, Anatoli Volıneç
Minsk. MAPİD İdman Kompleksi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti