Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında daha bir yoxlama oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub. Bu komandalar arasında martın 29-da keçirilmiş ilk oyunda da millimiz 6:1 hesabıyla qalib gəlmişdi.
Azərbaycan – Moldova 3:2
Qollar: Faiq Əliyev (2), Everton Kardozo

