Braziliya 1, Azərbaycan 10

24 Mart 2017 00:24 Futzal 747
Braziliya 1, Azərbaycan 10

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan mövqeyini dəyişməyib. Hesabında 1435 xal olan millimiz əvvəlki kimi 10-cu pillədə qərarlaşıb. AÇ-2018-in seçmə mərhələsindəki rəqiblərdən Macarıstan 1182 xalla 31-ci, Bosniya və Herseqovina 1133 xalla 38-ci, Albaniya 843 xalla 77-ci pillədə yer alıb.

Yığmamızın yoxlama oyunlarında üz-üzə gələcəyi Moldova 950 xalla siyahıda 57-cidi. Xatırladaq ki, millimiz Moldova ilə martın 29-da və 30-da üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 18:30-da başlayacaq. Reytinq siyahısında ilk "onluq" aşağıdakı kimidi:

1. Braziliya - 1916
2. İspaniya - 1889
3. Rusiya - 1763
4. Argentina - 1706
5. İtaliya - 1619
6. İran - 1608
7. Portuqaliya - 1570
8. Ukrayna - 1483
9. Qazaxıstan - 1451
10. Azərbaycan – 1435

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti