Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, son cədvəllə müqayisədə ciddi dəyişiklik baş verməyib. Planetin 10 ən güclü komandasının mövqeyi isə ümumiyyətlə dəyişməz qalıb. Burada Braziliya, İspaniya və Rusiya ilk “üçlük”də qərarlaşıb. Azərbaycan millisi də mövqeyini qoruyub.
Aktivində 1435 xal olan komandamız planetin 10-cusudu. 2015-ci ilin yekun siyahısı ilə müqayisədə isə komandamız 1 pillə yüksəlib. Bunda yığmamızın DÇ-2016-nın 1/4 finalına yüksəlməsi rol oynayıb. Ötən ili 11-ci tamamlayan yığmamızla yanaşı, Qazaxıstan da “onluğ”a bu il daxil olub. Onlar Xorvatiya və Kolumbiyanı buradan sıxışdırıb.
İlk “onluq”
1. Braziliya - 1915
2. İspaniya – 1891
3. Rusiya - 1758
4. Argentina - 1706
5. İtaliya - 1630
6. İran - 1605
7. Portuqaliya - 1583
8. Ukrayna - 1471
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1435

