Milli komandamız Albaniya, Macarıstan və bosniyalılara qarşı

1 Mart 2017 18:00 Futzal 834
Milli komandamız Albaniya, Macarıstan və bosniyalılara qarşı

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, AÇ-2018-də iştirak etmək istəyən dörd komanda paytaxtımızda qarşılaşacaq.

Turnir çərçivəsində ilk turda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Aprelin 9-da yığmamız Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu oyununu aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu oyun saat 20:00-da başlayacaq.

Bu mərhələnin qrup qalibləri “Avro-2018”in final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son dörd vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Oyunlar Bakı İdman Sarayında keçiriləcək. Qitə çempionatının final mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM