Azərbaycan yığmasının AÇ oyunlarının vaxtı müəyyənləşdi

1 Mart 2017 13:48 Futzal 656
Azərbaycan yığmasının AÇ oyunlarının vaxtı müəyyənləşdi

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək II qrupunun oyunlarının təqvimi bəlli olub. Sportinfo.az-ın məlumatına görə, AVRO-2018-ə qatılmaq arzusunda olan 4 komanda paytaxtda üz-üzə gələcək.

Turnirin bütün oyunları Bakı İdman Sarayında keçiriləcək. İlk turda yığmamız Bosniya və Herseqovinanı sınağa çəkəcək. Ardınca Albaniya, sonda isə Macarıstanla qarşılaşacaq.

Bu mərhələnin qrup qalibləri birbaşa AVRO-2018-ə vəsiqə qazanacaq. 2-ci yer sahibləri və ən yaxşı nəticəyə malik 3-cü yeri tutan komanda pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

I tur / 8 aprel
16:00. Macarıstan - Albaniya
18:30. Azərbaycan – Bosniya və Herseqovina

II tur / 9 aprel
16:00. Bosniya və Herseqovina - Macarıstan
18:30. Azərbaycan – Albaniya

III tur / 11 aprel
17:30. Albaniya – Bosniya və Herseqovina
20:00. Macarıstan – Azərbaycan

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti