Türkmənlər Azərbaycanın klublar yığmasını məğlub etdi - FOTOLAR

28 Dekabr 2016 08:12 Futzal 840
Türkmənlər Azərbaycanın klublar yığmasını məğlub etdi - FOTOLAR

Dekabrın 16-dan etibarən AFFA-nın Futbol Akademiyasında təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan yığma komandası növbəti yoxlama matçını keçirib. Sportinfo.az-ın məlumatına görə, asiyalılar Azərbaycan çempionatında çıxış edən klubların yığması ilə görüşüb.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:0. Bu, asiyalıların toplanış çərçivəsində keçirdiyi 5-ci matçda 3-cü qələbəsi olub. “Araz”a 3:4 hesabı ilə uduzub, “Neftçi” ilə heç-heçə edən (5:5) Türkmənistan millisi “Yasamal”ı 8:3, “Xəmsə”ni 8:6 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti