Türkmənistan millisi “Xəmsə” ilə çətinliklə bacardı

27 Dekabr 2016 14:12 Futzal 741
Türkmənistan millisi “Xəmsə” ilə çətinliklə bacardı

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi 4-cü yoxlama oyununu keçirib. Sportinfo.az-ın məlumatına görə, Asiya Oyunlarına hazırlaşan türkmənistanlılar “Xəmsə” ilə görüşüb. Qonaqlar bu qarşılaşmada 8:6 hesabı ilə qalib gəlib. Bu, asiyalıların Bakıda ardıcıl 2-ci qələbəsi olub.

Bunadək Türkmənistan yığması keçirdiyi üç matçda 1 qələbə qazanıb, 1 heç-heçəyə sevinib, 1 dəfə məğlub olmuşdu. “Araz”a 3:4 hesabı ilə uduzan qonaqlar “Neftçi” ilə “sülh” bağladıqdan (5:5) sonra “Yasamal”ı üstələmişdi – 8:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti