Millimizin üzvü Bakıda gecə evinə 2 qadın çağırdı, 14000 manatı oğurlandı

8 Fevral 2017 18:43 Futzal 1 147
Millimizin üzvü Bakıda gecə evinə 2 qadın çağırdı, 14000 manatı oğurlandı

Azərbaycan millisinin və "Araz Naxçıvan"ın futzalçısı Fineo de Araujo qarət olunub. Sportinfo.az xəbər verir ki, hadisə 30 yaşlı idmançının yaşadığı mənzildə baş verib.

Braziliyalı legionerin gecə evinə dəvət etdiyi iki qadın qonaq onun 14 min manat pulunu oğurlayıb. O, qarət olunmasından səhər açılanda xəbər tutub. (report)

Fineo hadisəylə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib. O, qarətçi xanımların Nuray və Könül adlı şəxslər olduğunu bildirib. Hazırda soyğunçuların tapılması istiqamətində araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM