Albaniya millimizə rəqib oldu

28 Yanvar 2017 14:36 Futzal 794
Albaniya millimizə rəqib oldu

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib. Sportinfo.az xəbər verir ki, ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb. Millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM