“Azərbaycan millisi bizim qrupun ən güclüsüdü, onlar..."

21 Yanvar 2017 17:09 Futzal 811
“Azərbaycan millisi bizim qrupun ən güclüsüdü, onlar..."

"Azərbaycan millisi qrupumuzun favoritidi. Biz isə 2-ci yer uğrunda yarışacağıq” - Sportinfo.az-ın məlumatına görə, bunu futzal üzrə Bosniya və Herseqovinanın məşqçisi Boro Matan deyib.

AÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparacaq bosniyalılar hazırda təlim-məşq toplanışı keçirlər. Komanda yanvarın 28-dən 31-nə kimi Polşada bir turnirə qatılacaq. Matanın komandası həmin turnirdə meydan sahibləri ilə yanaşı, Sloveniya və Finlandiya seçmələri ilə mübarizə aparacaq.

Azərbaycan, Bosniya və Herseqovina, Macarıstanla yanaşı, I mərhələdə D qrupunu lider kimi tamamlayacaq komanda 2-ci qrupda mübarizə aparacaqlar. Yerli mətbuata danışan mütəxəssis apreldə keçiriləcək seçmə mərhələ matçlarını dəyərləndirib:

“Azərbaycan millisi bizim qrupun ən güclüsüdü. Onlar böyük yarışlarda yüksək nəticələr göstərə bilirlər. Amma qrupumuzun digər komandası Macarıstanla yarışa bilərik. Onlar bizim üçün münasib rəqibdi. Bu bir həqiqətdi ki, biz qrup ikinciliyi uğrunda məhz Macarıstanla qarşılaşacağıq. Bu səbəbdən onların oyunlarını ciddi təhlil edirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti