Onların işi rahat oldu - “Baku Fire”, yoxsa “Neftçi”?

10 May 2023 02:10 Futzal 529
Onların işi rahat oldu - “Baku Fire”, yoxsa “Neftçi”?

Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü turunun oyun cədvəli müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yeganə oyun Bakı İdman Sarayında keçiriləcək.

Burada “Baku Fire” ilə “Neftçi” İK komandaları üz-üzə gələcək. Mayın 11-də baş tutacaq oyuna saat 13:30-da start veriləcək.

Xatırladaq ki, bu komandalar ilk iki oyunda hərəyə 1 qələbə qazanıblar. Bu üzdən də üçüncü oyuna ehtiyac duyulub.

“Araz Naxçıvan” isə “Record”la bir oyunda qələbə qazanıb, ikinci oyun rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən böyük ehtimalla Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var