
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:2.
Polşalıların qollarını Mikolay Zastavnik (4), Yakub Raşkovski və Tomaş Krezel vurublar. Azərbaycan yığmasından isə İsa Atayev və Amadeu fərqləniblər.
Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa seçməsi qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polşalılar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.
Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi isə qrupu ikinci sırada başa vurub.
6-cı qrup
Polşa – Azərbaycan 7:2
Qollar: Zastavnik 4, 28, 31, 33, Raşkovski 4, 28, Krezel 32 - Atayev 24, Amadeu 28
7 mart. Koşalin. İdman zalı. Saat 23:00
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Timekiper: Marta Brudnicka (Polşa)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)
Azərbaycan: Emin Kürdov, Eduardo, Rafael Vilela, Fineo, Amadeu - Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Xəzər Ağalızadə, Hacı Ahmadi, Felipinyo, Tyaqo Bolinya, Qallo