Kim istəyir, gəlib çempionatda oynasın – Federasiya klublara çağırış etdi

19 İyun 2022 17:40 Futzal 1 280
Kim istəyir, gəlib çempionatda oynasın – Federasiya klublara çağırış etdi

Azərbaycan Futzal Federasiyası birinci və ikinci liqa klublarına müraciət edib.

Bu, Yüksək Liqada iştirakçı sayını artırmaq məqsədi daşıyır.

Bilindiyi kimi, ötənilki elita təmsilçilərindən «Xilə», «Alyans» və EKOL fəaliyyətini dayandırıb. «Baku Fire» və «Rekord» növbəti yarışmaya qatılıb-qatılmamaqla bağlı yekun qərarını hələ verməyib.

Beləcə, Yüksək Liqa cəmi 3 komandanın – «Araz Naxçıvan», «Neftçi» İK və U-19-un ümidinə qalıb.

Federasiya çempionatı minimum 6 klubun iştirakıyla düzənləməyi planlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da