Millimiz Avropa çempionatına gürcülərə məğlubiyyətlə başladı

22 Yanvar 19:16 Futzal 442
Millimiz Avropa çempionatına gürcülərə məğlubiyyətlə başladı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın yetirmələri bu gün D qrupunda ilk oyununa çıxıb.

Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”dakı qarşılaşmada rəqib Gürcüstan yığması olub.

Sayca 6-cı dəfə qitə birinciliyinə qatılan komandamız Avropa çempionatının debütantı Gürcüstan önünə qollarla başlayıb. Rafael Vilelanın iki dəqiqə ərzində dublu hesabı 2:0-a çatdırıb.

Lakin Joze Alesionun yetirmələri bu üstünlüyü qoruya bilməyib. İlk yarıdaca fərqi minimuma endirən gürcüstanlılar ikinci hissənin əvvəllərində status-kvonu bərpa edib. Bu azmış kimi, rəqib qələbə qolunu da vuraraq, geridönüşə imza atıb.

Qrupun digər oyununda İspaniya ilə Bosniya və Herseqovina qarşılaşacaq. Millimiz II turda yanvarın 26-da İspaniya ilə üz-üzə gələcək.

22 yanvar
Gürcüstan - Azərbaycan - 3:2
Qollar:
Elisandro, 9:31, Arçil Sebiskveradze, 26:54, Tales Feyto, 31:30 (pen.) - Rafael Vilela, 5:14, 6:26
Hakimlər: Sedrik Pelisye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Jeliç (Xorvatiya)
Gürcüstan: 1. Zviad Kupatadze (q, k), 2. Çaqinya, 10. Roninyo, 16. Tales Feyto, 19. Elisandro, 12. Tornike Bukia (q), 20. Petri Branko, 6. Villian Lorenço, 9. İrakli Todua, 7. Şota Topuriya, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 5. Giorgi Qavtadze, 8. Vaxtanq Kekeliya
Baş məşqçi: Avtandil Asatiani
Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borqes, 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 5. Fineo de Arauxo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi, 9. Rafael Vilela
Baş məşqçi: Joze Alesio da Silva
Qroningen, “Martini Plaza”

Digər Xəbərlər
Xəbər Lenti