Azərbaycan millisi Avropanın 16 ən güclüsü arasında - BAŞLAYIR!

19 Yanvar 2022 13:40 Futzal 1 229
Azərbaycan millisi Avropanın 16 ən güclüsü arasında - BAŞLAYIR!

Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının da qatıldığı yarışda ilk dəfə 16 komanda iştirak edəcək.

A qrupunun açılış matçında Serbiya və Portuqaliya üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Günün digər görüşündə isə meydan sahibləri Ukraynanı sınağa çəkəcək. Həmin qarşılaşma saat 23:30-da başlayacaq.

Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.

Avropa çempionatı fevralın 6-da yekunlaşacaq. Yarışın son qalibi 2018-ci ildə Portuqaliya olub. İspaniya komandası isə 6 dəfə bu titula sahib çıxaraq rekordu əlində saxlayır.

İndiyə qədər Avropa çempionatı 11 dəfə təşkil olunub.

1996-cı ildə keçirilən ilk qitə birinciliyi Avropa Futzal Turniri adlandırılıb. Çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. Bununla belə, indiyə qədər 11 final matçı keçirilib.

Ən çox İspaniya millisi çempionluq sevinci yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi isə 2 dəfə qitənin ən güclüsü olub.

Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb. Maraqlıdır ki, Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna yığması isə 2 dəfə çempionluğun bir addımlığında dayanıb.

İtaliya və Portuqaliya da hərəyə bir dəfə yenilgini dadıb. Maraqlı məqam odur ki, ən çox final həyəcanını İspaniya yaşayıb. Yeddi dəfə qalib gələn bu komanda iki dəfə meydanı gümüş medalla tərk edib.

AÇ-1996

İspaniya – Rusiya 5:3 Kordoba, İspaniya

AÇ-1999

Rusiya – İspaniya 3:3 pen. 4:3 Qranada, İspaniya

AÇ-2001

İspaniya – Ukrayna 2:1 (qızıl qol) Moskva, Rusiya

AÇ – 2003

İtaliya – Ukrayna 1:0 Kaserta, İtaliya

AÇ-2005

İspaniya – Rusiya 2:1 Ostrava, Çexiya

AÇ-2007

İspaniya – İtaliya 3:1 Porto Portuqaliya

AÇ-2010

İspaniya – Portuqaliya 4:2 Debrecen, Macarıstan

AÇ-2012

İspaniya – Rusiya 3:1 (əlavə vaxt) Zaqreb, Xorvatiya

AÇ-2014

İtaliya – Rusiya 3:1 Antverpen, Belçika

AÇ-2016

İspaniya – Rusiya 7:3 Belqrad, Serbiya

AÇ-2018

Portuqaliya – İspaniya 3:2 (əlavə vaxt) Lyublyana, Sloveniya

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda