Azərbaycan klubunun qarşısında "təslim oldular" - FOTOLAR

30 Oktyabr 2021 09:20 Futzal 906
Azərbaycan klubunun qarşısında "təslim oldular" - FOTOLAR

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın İvano-Frankovsk şəhərində ikinci matçına çıxıb.

İlk görüşündə yerli “Uraqan”a 1:2 hesabı ilə məğlub olan Joze Alesio da Silvanın yetirmələri bu dəfə Rumıniya təmsilçisi “Yunayted Qalati” ilə üz-üzə gəlib.

Hər iki komanda birinci turda xalsız qaldığından, qarşılaşmanın önəmi böyük idi. Oyuna qollarla başlayan təmsilçimiz rəqibin müqaviməti ilə üzləşsə də, sonda qələbə qazanmağı bacarıb.

Bununla aktivinə ilk xalları yazdıran "Araz-Naxçıvan" qrup birinciliyinə şansını davam etdirib.

Komandamız qrupda son oyununu oktyabrın 31-də Kosovo təmsilçisi “Liqeni”yə qarşı keçirəcək.

VI qrup

“Araz-Naxçıvan” – “Yunayted Qalati” - 5:3
Qollar:
David Qustavo, 3:30, 35:38, Maneka 5:20, Murilo Borges,19:43, Felipinyo, 36:50 - Daniel Araujo, 6:58, 16:48, 36:37
Hakimlər: Deyan Veseliç (Sloveniya), Ozan Soykan (Türkiyə), Yosip Barton (Makedoniya)
İvano–Frankovsk

1

Liqeni

1

1

0

0

6-4

3

2

Uraqan

1

1

0

0

2-1

3

3

Araz-Naxçıvan

2

1

0

1

6-5

3

4

Yunayted Qalati

2

0

0

2

7-11

0

Xəbər Lenti