KAPİTAN: "Bu, bizim favorit olmağımıza işarədir"

8 İyul 2021 09:20 Futzal 484
KAPİTAN: "Bu, bizim favorit olmağımıza işarədir"

"Klublarla bağlı hansısa məlumatım yoxdur.

Püşk atıldı, yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnologiyanın inkişafı bizə bu imkanı yaradıb".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Araz-Naxçıvan"ın futzalçısı Rizvan Fərzəliyev Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.

"Araz Naxçıvan" F qrupunda “Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq.

Kapitan “Araz-Naxçıvan”ın qrupunun ən reytinqli komandası olduğunu bildirib.

"Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq.

Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq.

Ciddi hazırlaşmalıyıq. Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"