"Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq"

8 İyul 2021 00:56 Futzal 540
"Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq"

“Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllüratiq) komandaları ilə qarşılaşacağıq.

Qrupumuzun oyunları Latviyada təşkil olunacaq. Açığı, rəqiblərimizlə bağlı hələ ki, geniş məlumata sahib deyiləm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə "Araz Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.

O bildirib ki, rəqiblərinin təmsil etdikləri ölkələrin yığma komandalarını daim izləyirlər:

"Finlandiya millisi son illərdə uğurlu nəticələr qazanmaqla seçilir. Onlar gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində də iştirak hüququ əldə ediblər.

Bu da Finlandiyada futzalın inkişafından xəbər verir. Latviya yığması ilə dəfələrlə qarşılaşmışıq. Amma bizimlə qarşılaşacaqları klubların durumu haqqında yaxın günlərdə məlumat toplamağa çalışacağıq.

Əlbəttə, baş məşqçimiz hazırlığa başladıqdan sonra lazım olan informasiyanı çatdıracaq. Rəqiblərin oyun üslubu, əzif və güclü tərəfləri, eləcə də necə oynamalı olduğunuzu məşqlərdə izah edəcək.

Qalır yaxşı hazırlıq keçmək. Sevindirici məqam odur ki, ölkəmizdə zalların fəaliyyətinə qoyulmuş qadağa aradan götürüldü. Deməli, yaxşı məşq etmək imkanımız var. Halbuki, ötən il xalça üzərində qısa hazırlıq keçmişdik. Bu dəfə şərait istədiyimiz kimi olacaq".

Hüsenlinin sözlərinə görə, bu oyunlar həm də Avropa çempionatına da hazırlıq xarakteri daşıyacaq: "Sözsüz, qrup mərhələsini birinci pillədə başa vurmaq üçün bütün gücümüzü sərf edəcəyik.

Məqsədimiz ən azı əsas mərhələyə yüksəlmək olacaq. Çətin olsa da, çalışacağıq ki, “Araz-Naxçıvan”ın əvvəlki şöhrətini özünə qaytaraq. Çünki “Araz-Naxçıvan” hər zaman iddialı olub".

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular