"Bakıda hələ işimiz var"

24 Avqust 2024 08:40 Zirə 1 066
"Bakıda hələ işimiz var"

“Omoniya” klubunun futbolçusu Amin Hammas Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Nikosiyada “Zirə” üzərində qazandıqları qələbəni (6:0) şərh edib.

Sportinfo.az “Omonoianews.com”a istinadən xəbər verir ki, “Zirə” ilə görüşdə komandasının ilk qolunu vuran futbolçu oyunu belə dəyərləndirib:

“Qələbəyə görə çox şadam. Stadiondakı atmosfer heyrətamiz idi.

Yaxşı oynadıq və 6:0 hesabı ilə qalib gəldik. Amma işimiz hələ bitməyib, çünki səfərdə də matçımız var.

Qarşıdurmanın nəticəsi müəyyənləşib? Xeyr. Bu futboldur. Biz diqqətimizi cəmləməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti