
"Turan Tovuz" və "Araz-Naxçıvan" avrokuboklara vəsiqə uğrunda sona qədər mübarizə aparacaq".
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Premyer Liqanın gedişini dəyərləndirib.
Tanınmış teleşərhçi bildirib ki, ki region komandası mövsümün axarını dəyişib və qazandıqları nəticələrlə bütün proqnozları alt-üst edib.
Abbasov medallar uğrunda mübarizədə artıq 6-7 komandanın birbaşa mübarizə apardığını söyləyib.
Ekspert “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin qış fasiləsində yeni transferlərə kifayət qədər büdcə ayırcağını deyib.
Həmçinin vurğulayıb ki, “Araz-Naxçıvan” uğurlu çıxışını davam elətdirərsə, Naxçıvan Futbol Federasiyasının yeni prezidenti Zaur Axundov komandanın gücləndirilməsinə köməklik göstərəcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN