Parisdə 4 milyon avroya ev aldı - PSJ-yə keçir

27 Fevral 14:08 Fransa 490
Parisdə 4 milyon avroya ev aldı - PSJ-yə keçir

“Napoli”nin futbolçusu Kalidu Kulibali yayda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, Kulibalinin PSJ-yə keçəcəyi bildirilir.

Seneqallı futbolçunun Parisdə ev aldığı da deyilir. O, Parisin 15-ci məhəlləsində dəyəri 4 milyon avroya olan mənzil alıb.

Kulibali ilə Avropanın bir neçə top-klubu maraqlanırdı. Paris klubu onu Tyaqo Silvanın yerinə transfer edir. Kapitan artıq 35 yaşındadır. Seneqalı futbolçunun transferinin PSJ-yə 75-80 milyon avroya başa gələcəyi güman olunur.

Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq