"Özüm üçün qərar verəndə, mediaya da nəsə deməyə hazır olacam"

2 Aprel 2021 10:20 Fransa 423
"Özüm üçün qərar verəndə, mediaya da nəsə deməyə hazır olacam"

PSJ-nin futbolçusu Kilian Mbappe klubla müqaviləsini uzadıb-uzatmayacağı barədə suala cavab verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu hələlik bu məsələdə irəliləyiş olmadığını deyib:

"Özüm üçün qərar verəndə artıq mediaya da bu barədə nəsə deməyə hazır olacam. Hələlik isə müqavilə ilə bağlı bir irəliləyiş yoxdur".

Fransalı oyunçunun paytaxt təmsilçisi ilə hazırkı sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir. Onun transfer dəyəri isə 180 milyon avro məbləğində qiymətləndirilir.

Mbappe bu mövsüm 36 matçda 30 qol vurub və 9 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti