Azərbaycanlı Çempionlar Liqasının oyunlarına təyinat aldı

13 Avqust 2024 02:30 Avropa Liqası 712
Azərbaycanlı Çempionlar Liqasının oyunlarına təyinat aldı

Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 21-də gerçəkləşəcək "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçında birinci hakim olacaq.

Beynəlxalq dərəcəli hakim bir gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.

B qrupunun oyunları Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”