Əfsanəni ağladan 20 yaşlı gənc... VİDEO+FOTOLAR

18 İyul 2023 03:20 Avropa Liqası 937
Əfsanəni ağladan 20 yaşlı gənc... VİDEO+FOTOLAR

Tennisdə “Böyük dəbilqə” turnirlərindən olan “Uimbledon”da final görüşün oynanıldı.

Həlledici qarşılaşmada serbiyalı əfsanə Novak Cokoviçlə 20 yaşlı Karlos Alkaras üz-üzə gəldi.

Hər kəs tennisin ən titullu idmançısı Cokoviçin rahat qələbə qazanacağını düşünsə də, hər şey fərqli oldu. 4 saat 42 dəqiqə davam edən görüşün sonunda ispaniyalı Alkaras rəqibini məğlub edə bildi.

Bununla da o, “Böyük dəbilqə”də ikinci dəfə qalib adını qazandı. “US Open”də birinciliyə yiyələnən gənc ispan iddasını ortaya qoydu. 20 yaşlı idmançıya məğlubiyyətə dözməyən Cokoviç göz yaşlarına da hakim ola bilmədi. Dünya mediasının manşetlərində “20 yaşlı tennisçi əfsanəni ağlatdı” deyə başlıqlar yer aldı.

Tennis həvəskarları Karlos Alkarası gah Rojer Federerin, gah da Rafael Nadalın davamçısı adlandırmağa başladılar. Əslində, onu ispan olması daha çox karyerasının sonuna yaxınlaşan və 37 yaşı olan həmyerlisi Nadalın davamçısı adlandırmaq mümkündür.

Həmçinin Karlos tennisdə yeni eranın başlanğıcını qoydu da deyə bilərik. Rojer Federerin karyerasını başa vurmasından sonra “Böyük dördlük”dən geriyə 3 idmançı qalıb ki, onlar üçün də yolun sonu görünür. Rafael Nadal, Novak Cokoviç və Endi Marrey kortlarda son görüşlərinə çıxırlar.

Yeni nəsil isə Alkarasla iddiasını ortaya qoyur. Onun kortlarda əsas rəqibinin isə rusiyalı Daniil Medvedev olacağı gözlənilir. Lakin Medvedevi heç də gənc saymaq olmaz. Onun artıq 27 yaşı var. Bir neçə ay öncə yeni eranın əsas raketka ustası kim olacaq sualı verilsəydi, hər kəs birmənalı şəkildə rusiyalının adını çəkərdi. Artıq dünya tennis camiəsi Alkarasdan böyük uğurlar gözləyir.

Ötən gün titulu qazandıqdan sonra müsahibə verən ispan idmançı Cokoviçə dedikləri ilə də gündəm oldu. O, serb tennisçiyə “mən dünyaya gələndə siz artıq idmanda böyük uğurlar qazanmışdınız” deyə öz qələbəsini ucaldır. Alkarasın sözlərini Cokoviç gülüşlə qarşılayır və ona uğurlar diləyir.

Karlos Alkaras İspaniyanın cənub-şərqindəki Mursiya bölgəsində anadan olub. O, tennislə məşğul olmağa atasının məktəbində başlayır. İlk dəfə 4 yaşında raketkanı əlinə alır. Kumiri isə həmyerlisi Rafael Nadal olub. Sonra ölkəsindəki tennis akademiyasına daxil olur və bu idmanda dünyanın keçmiş bir nömrəsi olan Xuan Karlos Ferrorodan dərs almağa başlayıy. Qol və futbolu sevən Karlos həm də “Real” fanatıdır...

Digər Xəbərlər
Xəbər Lenti