Azərbaycan milliləri Filippin və Finlandiyanı məğlub etdi

31 İyul 2022 01:10 Avropa Liqası 788
Azərbaycan milliləri Filippin və Finlandiyanı məğlub etdi

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, yığma II turda Filippin seçməsinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

II tur

Filippin – Azərbaycan – 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1

Qadınlardan ibarət yığma II turda Finlandiya seçməsindən güclü olub. Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələyib.

Finlandiya – Azərbaycan - 0:3

Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1

Tanya Tuominen – Gülnar Məmmədova - 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!