Əsas qapıçısını "Qarabağ"la matçda ehtiyatda saxlayacaq

26 Oktyabr 2023 09:40 Avropa Liqası 1 339
Əsas qapıçısını "Qarabağ"la matçda ehtiyatda saxlayacaq

"Bayer" "Qarabağ"la oyunda rotasiya edəcək.

Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilə Avropa Liqasının qrup mərhələsinin oyununda (başlama saatı 23:00) qapını ehtiyat qolkiper Matey Kovarj qoruyacaq.

23 yaşlı çexiyalı Avroliqada bundan öncəki 2 oyunda da əsas heyətdə yer alıb.

Amma o, bu mövsüm bundesliqada hələ oynamaq şansı qazanmayıb. Komandanın əsas qapıçısı Lukaş Qradetski isə "Qarabağ"la matçda ehtiyatda olacaq.

"Bayer"in baş məşqçisi Xabi Alonso bu gün keçirdiyi mətbuat konfransında "Qarabağ"la görüşdə Kovarjın start heyətdə meydana çıxacağını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti